30 oktyabr saat 00:05 radələrində Bakı Sağlamlıq Mərkəzinin zirzəmi qatında elektrik naqilinin naməlum səbəbdən tüstülənməsi baş vermişdir.

30 oktyabr saat 00:05 radələrində Bakı Sağlamlıq Mərkəzinin zirzəmi qatında elektrik naqilinin naməlum səbəbdən tüstülənməsi baş vermişdir. Tüstü A korpusunun yuxarı mərtəbələrinə yayılmışdır. A korpusunun 5-ci və 6-cı mərtəbələrindəki xəstələr C korpusuna köçürülmüşlər. Xəstələr arasında heç bir tibbi ağırlaşma olmamışdır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti dəstələri cəlb olunaraq tüstünün alovlanmasının qarşısı alınmışdır. Həmçinin asayişin qorunması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları da hadisə yerinə gəlmiş və müvafiq tədbir görmüşlər. Həm Fövqəladə Hallar Nazirliyi həm də Daxili İşlər Nazirliyinin əməkdaşlarının operativ və həmrəy fəaliyyəti nəticəsində xəstə və əməkdaşların sağlamlığına zərər dəymədən, insan itkisi olmadan və müəssisəyə ciddi zərər dəymədən yekunlaşan bu hadisədə əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Diqər xəbərlər